Türkiyə ordusu Cinderesə girib

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin qərbində yerləşən Cinderes qəsəbəsindəki PYD/PKK mövqelərini bombardman etməyə başlayıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Zeytun budağı” əməliyyatı çərçivəsində hücumlarını davam etdirən türk ordusu Cinderesdəki terror qruplaşmalarına məxsus mövqeləri hərbi təyyarələrlə bombardman edib.

Qeyd edək ki, Cinderes Türkiyə üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, terrorçular məhz bu mövqedən Türkiyənin Reyhanlı mahalını asanlıqla raket atəşinə tuta bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə