Əfqanıstanın paytaxtı Kabilin mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.
SİA-nın verdiyi məlumata görə, bu barədə "1 TV" telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, hadisə zamanı yaralananların sayı 235 nəfərdir. Daha əvvəl terror aktı zamanı 95 nəfərin öldürüldüyü, 191 nəfərin xəsarət aldığı bildirilirdi. Hadisə Əfqanıstan Daxili İşlər Nazirliyinin keçmiş binasının yaxınlığında, diplomatik binaların olduğu ərazidə qeydə alınıb.
İçərisində terrorçunun olduğu minalanmış avtomobil partlayıb, nəticədə ətrafdakı binalara ziyan dəyib. Hadisəyə görə məsuliyyəti "Taliban" radikal hərəkatı üzərinə götürüb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB