Böyük Britaniyaya məxsus atom sualtı qayığı Şotlandiyanın qərb sahillərində qəzaya uğrayıb. SİA-nın "CNNTürk"-ə istinadən verdiyi xəbərə görə, Böyük Britaniyanın Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamasında qəzanın nüvə təhlükəsi daşımadığını və heç kimin xəsarət almadığı bildirilir.
Hadisə yerinə sahil təhlükəsizlik və xilasedici dəstə göndərildiyini bildirən nazirlik suyun səviyyəsinin artmasından sonra qayğı yerindən tərpətməyin mümkün olacağını qeyd edib.
Bəzi mətbu orqanlarının yaydığı xəbərə görə, atom sualtı qayığı yüklü olub və Böyük Britaniyanın Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlama rezonans yaratmamaq üçündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB