Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalında 3 mərtəbəli binanın 1-ci mərtəbəsinə raket atılıb. Bu barədə məlumatı Türkiyənin “Sputnik” agentliyi yayıb. Məlumata görə, raket Türk Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatını apardığı Afrin bölgəsindən atılıb. Hadisə nəticəsində bir uşaq yaralanıb. Əraziyə jandarma və yanğınsöndürənlər cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB