Tramp Poroşenko ilə niyə görüşməyib?

Tramp Poroşenko ilə niyə görüşməyib?

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Pyotr Poroşenko ilə Davosda keçirilən Dünya İqtisadi Forumunda vaxt çatışmazlığı səbəbindən görüşə bilməyib. CBS telekanalının jurnalisti Marqaret Brennan Tvitter səhifəsində bu barədə yazıb.

"Dövlət katibi Tillerson Davosda qaldı və indicə Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşdü. Tillerson ona Donald Trampın da onunla görüşmək istədiyini, lakin vaxt azlığından alınmadığını söyləyib. Tramp artıq Vaşinqtona qayıdır”, - Brennan qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə