Afrində 394 terrorçu zərərsizləşdirilib

Afrində 394 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı zamanı zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Baş Qərargah xəbər yayıb. Bildirilib ki, indiyədək 394 terrorçu zərərsizləşdirilib, hava qüvvələrinin təyyarələri terror təşkilatlarına məxsus 340 hədəfi məhv edib. "Zeytun budağı" əməliyyatının uğurla davam etdiyi bildirilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə