Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə Afrindəki son durumu müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.
"Görüşdə Afrindəki vəziyyət müzakirə olunub. Dövlət başçısı bu çərçivədə bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bu məsələnin müzakirə olunduğuna dair məlumat verib", - Peskov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB