"Ehtiyac yaranacağı təqdirdə ABŞ Londonun müdafiəsinə gələcək." Axar.az xəbər verir ki, bunu İTV-yə müsahibəsində ABŞ Prezidenti Donald Tramp söyləyib. “Mənim sizin (Britaniya nəzərdə tutulur – red.) baş nazirinizlə münasibətlərim yaxşıdır. Onun dediyi çox şeyi dəstəkləyirəm. Hərbi planda da Britaniyanı çox güclü dəstəkləyirəm. Biz nə isə baş verəcəyi halda sizin müdafiənizə gələcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, son günlər Britaniya rəsmiləri Rusiyanın mümkün hücumu barədə ardıcıl açıqlamalar verirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB