Türkiyənin "Güclü Türkiyə" Partiyasının (GTP) sədri ermənipərəst Tuna Bekleviç Ermənistan Türkiyə dövlət sərhədini "keçmək" üçün Qarsa gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, burada referendum keçirmək üçün qutu da gətirib. GTP lideri Qarsda partiyanın əyalət ofisində mətbuat konfransı keçirib. Partiya lideri seçki qutusunun şəhərin mərkəzində qoyulacağını və insanların Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı mövqelərini bildirəcəklərini söyləyib.
Sürixdə Ermənistan-Türkiyə protokollarının imzalanmasının 1-ci ildönümü münasibətilə simvolik olaraq sərhədi keçdiklərini deyən T.Bekleviç bildirib ki, onlar bu addımı sülh əldə etmək və qardaşlığı qorumaq üçün atıblar: "Sərhədi keçməklə - biz Sürixin 2-ci hissəsinə başladıq. Biz tezliklə Ermənistana səfər edəcəyik, Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlər keçirəcəyik və sonra müşahidələrimizi Türkiyə Xarici İşlər Nazirliyinə təqdim edəcəyik".
Qeyd edək ki, bir müddət əvvəl "Güclü Türkiyə" Partiyasının sədri Qars vilayətini "damarları tıxanmış bədən" adlandırıb. O, Türkiyə hökumətinə və parlamentdə təmsil olunan siyasi partiyalara müraciət edərək Ermənistanla sərhədləri açmağı təklif edib: "Gəlin sərhəd qapılarını açaq. Bunun artıq Türkiyə üçün daha böyük problemə çevrilməsinin qarşısını gec də olsa, alaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB