5.9 bal gücündə zəlzələ

Hindistanın şərq sahillərində 5.9 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Mohean (Mohean) adasından 172 kilometr məsafədə, 10 km dərinliyində qeydə alınıb.

Hazırda hadisə qurbanları haqqında heç bir məlumat açıqlanmayıb.

ABŞ Geoloji xidməti zəlzələ qurbanlarının və iqtisadi zərərin aşağı həddə olduğunu qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə