Ərdoğanla Putin arasında telefon danışığı olub

Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Prezidentlər Suriyadakı son siyasi prosesləri və “Zeytun budağı” əməliyyatını müzakirə ediblər.

Ərdoğan “Zeytun budağı” əməliyyatı ilə Afrinin PYD və İŞİD-dən təmizləməyi hədəflədiklərini bildirib və Suriyanın suverenliyi baxımından bu hərəkatın böyük önəm daşıdığını da əlavə edib.

Türkiyə lideri Suriya məsələsində Rusiya ilə birgə çalışmağa böyük önəm verdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə