Güclü zəlzələdən sonra dənizdə 10 metrlik dalğalar yaranıb
Yanvarın 23-də Alyaska körfəzinin cənub sahillərində baş verən 8,2 bal gücündə zəlzələ dənizdə güclü dalğalanmaya səbəb olub. Bununla bağlı ABŞ-da mümkün sunami təhlükəsi elan edilib. Interfax informasiya agentliyi xəbər verir ki, zəlzələnin baş verdiyi rayonda təxminən 10 metr hündürlüyündə dalğalar müşahidə olunub.
Bir qədər əvvəl ABŞ-ın Okeanoqrafiya Milli Mərkəzi Birləşmiş Ştatların və Kanadanın qərb sahillərinə təhlükə yaradacaq sunaminin yarana biləcəyi barədə məlumat yayıb. Zəlzələ ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB