Kolumbiyada atışma olub, 7 nəfər ölüb

Kolumbiyada atışma olub, 7 nəfər ölüb

Kolumbiyanın şimalında naməlum şəxslər bara girərək atəş açıb və yeddi nəfəri öldürüblər. AZƏRTAC xəbər verir ki, yerli W radiosunun Antokiya departamentinin polis rəisi polkovnik Karlos Maurisio Serra Ninoya istinadla yaydığı məlumata görə, insident bazar günü axşam Yarumal bələdiyyəsində baş verib. Bir qrup silahlı şəxs La Margarita barına girərək oradakı insanlara atəş açmağa başlayıb. Hüquq mühafizə orqanları hadisənin motivlərini aydınlaşdırmağa çalışırlar.

Colombiano qəzeti öz növbəsində, atəş açanların beş nəfər olduğunu xəbər verib.

Polis rəisinin sözlərinə görə, həmin rayonda Milli Azadlıq Ordusunun (ELN) döyüşçüləri, habelə Clan del Golfo cinayətkar qruplaşması fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə