Yaponiyada iki kütləvi məzarlıq tapıldı

Yaponiyada iki kütləvi məzarlıq tapıldı

Yaponiyada İkinci Dünya Müharibəsindən qalma iki kütləvi məzarlıq tapılıb. SİA-nın məlumatına görə, yapon səlahiyyətliləri "Kyodo" xəbər agenliyinə açıqlamasında İkinci Dünya Müharibəsi dövründə qanlı döyüşlərin olduğu İvo Jima adasında tapılan kütləvi məzarlıqlarda minlərlə yapon əsgərinin qalıqlarının olduğunu bildiriblər.

 

Səlahiyyətlilər yapon araşdırma qruplarının ABŞ ordusu tərəfindən göstərilən iki sahədə indiyə qədər 51 adamın qalıqlarını tapdığını, məzarların birində isə təxminən 2 min cəsəd ola biləcəyini ifadə ediblər. Araşdırma qrupu qazıntı işləri ilə bağlı hazırladığı hesabatı bu gün baş nazirə təqdim edəcək.

 

İvo Jima adasında 1945-ci ildə bir ay ərzində davam edən döyüşlərdə ABŞ ordusu adanı müdafiə edən 22 min yapon əsgəri ilə döyüşüb. Döyüşlərdə 22 min əsgərin demək olar ki, hamısının öldüyü deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə