İsraildən “Mavi Mərmərə” ilə əlaqədar şok iddia

İsraildən “Mavi Mərmərə” ilə əlaqədar şok iddia

İsrail Qəzzaya yardım aparan gəmiləri yola salanlardan birinin kompüterindən təşkilatçıların təşkil etdiyi toplantılarının protokollarını əldə edib. SİA-nın məlumatına görə, bu barədə yazan İsrailin "Haaretz" qəzeti protokollarda yardım donanmasının baş nazir Rəcəb Tayyib Ərdoğan və digər hökumət üzvləri də daxil olmaqla hökumətin yüksək rütbəli rəsmilərindən dəstək alması ilə bağlı qeydlər əksini tapıb.

 

İsrail Təhlükəsizlik Qüvvələrinin yardım donanmasına hücum etdikdən sonra əldə etdiyi məlumatlara görə, gəmilərin yüklənməsindən iki həftə əvvəl təşkilatı işlərlə məşğul olan altı qrup İstanbulda bir araya gəlib. Bildirilir ki, təşkilatçılar bir neçə ay əvvəl hazırlıq görərək hər cür ssenarini qiymətləndiriblər, bu ssenarilər içində donanmanın hücuma məruz qalma ehtimalı da olub.

 

Türkiyə tərəfi isə donanmanı təşkil edən qruplara kömək edildiyi iddiasını rədd edir. Təl-Əvivdəki Türkiyə səfirliyindən verilən açıqlamada deyilənlərin həqiqətə uyğun olmadığı bildirilir. Basqından dərhal sonra İsrail ordusu donanmadakı gəmilərdə olan bütün kompüter və sənədlərə ələ keçirib. Əldə edilən məlumatlar Kəşfiyyat və Terror Məlumat Mərkəzinə göndərilib. Ayın əvvəlində açıqlanan BMT hesabatında da bu öz əksini tapıb.

 

Qəzet daha sonra yazır ki, Türkiyə hökumətinin donanmanın təşkilindəki rolunu ortaya qoyan məlumatlar, "Azad Qəzza" Hərəkatının üzvü, polşalı jurnalist Eva Jasiviçin kompüterindən əldə olunub. Jasiviçin kompüterində donanmanın təşkilatçılarının 16 May tarixində İstanbulda təşkil etdiyi yığıncağın qeydləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə