Əfqanıstan hökuməti və Taliban arasında aparılan danışıqların pərdəarxası məqamları ortaya çıxmağa başlayıb. SİA-nın məlumatına görə, "New York Times" qəzeti təşkilatın rəhbərliyində olan üç şəxsin Əfqanıstanın paytaxtı Kabil yaxınlığında hökumət rəsmiləri ilə danışıqlara başladığını yazıb.
Qəzet Taliban liderlərinin adlarını da bildiklərini, ancaq Ağ Evin istəyi ilə bunu gizli saxladıqlarını qeyd edib. Qəzetin əfqan mənbələrinə istinad edərək verdiyi xəbərə görə, NATO qüvvələri də tərəflər arasında görüşlərin normal şəkildə keçməsini təmin edir. Belə ki, Pakistan sərhədindən keçərək Əfqanıstana daxil olan Taliban liderlərinin NATO əsgərlərinin müşayiəti ilə Kabilə getdiyi bildirilir.
NATO-nun Taliban liderlərinə həbs olunmayacağı ilə bağlı vəd verdiklərini yazan "New York Times"a danışıqlara qatılan hökumət nümayəndələrindən biri söyləyib ki, Taliban ölkədə rahat gəzə bildiklərini gördükdə hökumətə inamı da artır. Rəhbərliyi Əfqanıstan-Pakistan sərhədində yerləşən Taliban isə rəsmi olaraq danışıqlara başladıqlarını təkzib edir. ABŞ-ın "Associated Press" xəbər agentliyinə açıqlama verən Taliban liderlərindən biri olan Əhməd Müttəvakil sözügedən danışıqların aparılmadığını bildirib: "ABŞ, beynəlxalq ictimaiyyət və Taliban arasında inam yoxdur. Buna görə də Taliban danışıqlar məsələsində ciddi deyil".
Əfqanıstanın keçmiş xarici işlər nazirlərindən olan və Taliban lideri Molla Ömərin ən yaxın silahdaşları arasında göstərilən Müttəvakil bildirib danışıqlar keçirilərsə, bunun Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və ya Almaniyada olması daha doğru olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB