"2042-ci ilə qədər İngiltərə plastik qablardan təmizlənəcək"

"2042-ci ilə qədər İngiltərə plastik qablardan təmizlənəcək"

"25 illik plan çərçivəsində 2042-ci ilə qədər ölkə plastik qablardan tamamilə təmizlənəcək." Axar.az xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Teresa Mey deyib. O bildirib ki, marketlərdəki sellofanlar, plastik qida qablaşdırmaları və bir istifadəlik plastik su qabları tamamilə ölkədən yığışdırılacaq:

“Keçmişdə ətrafımıza verdiyimiz zərərə indi qorxu ilə baxırıq. Küçələr, dəniz kənarları plastik qablarla çirklənib”.

Qeyd edək ki, aparılan araşdırmalar göstərir ki, plastik məmulatlar təbiətdə 1000 il ərzində yox olur.

Bütün xəbərlər Facebook səhifəmizdə