Manana Mangaladze: "Rusiya atəşkəs zamanı boynuna götürdüyü öhdəliyi hələ yerinə yetirməyib"
Rus əsgərləri Gürcüstanı tərk edib. SİA-nın məlumatına görə rus əsgərləri 2 il dislokasiya olunduqları Gürcüstan ərazilərindən çıxıblar. Gürcüstan Daxili İşlər Nazirliyinin səlahiyyətlisi Şota Utiaşvili bildirib ki, Gürcüstanın Perevi kəndi atıq ruslardan azadır: "Qafqazda baş verən döyüşlərdən bu yana 2 il idi ki, Perevi kəndi rus əsgərlərinin idarəsində idi. Artıq rus dəstələri kəndi tərk edib".
Ş.Utiaşvili açıqlamasında rus əsgərlərinin Perevini tərk etməsindən sonra, Gürcüstanda fəaliyyətdə olan Aİ müşahidəçilərinin bölgəyə gəldiyini və araşdırmalar apardığını qeyd edib: "Ruslar kənddən çıxdı. Hazırda Aİ müşahidəçiləri ilə gürcü polisi kənddə araşdırmalar aparır. Kənddə sakitlik hökm sürür, hər şey qaydasındadır".
Mövzu ilə əlaqədar olaraq açıqlama verən Gürcüstan prezidenti Mixail Saakaşvilinin mətbuat katibi Manana Mangaladze rusların kəndi təzyiqlər nəticəsində tərk etdiyini dilə gətirib: "Rus ordusu Perevini kəndindən beynəlxalq ictimaiyyətin təzyiqləri nəticəsində çıxıb. Bu təzyiqlərin davam etməsini ümid edirik".
Rusiyanın Perevi kəndini tərk etməsini müsbət bir irəliləyiş olaraq qiymətləndirən Madjgaladze, Gürcüstanın işğal altında olan əraziləri mövzusuna da toxunub: "Gürcüstan torpaqlarının yüzdə 20 faizi hələ işğal altındadır. Rusiya 2008 də gürcü-rus döyüşündən sonra imzalanan atəşkəs zamanı boynuna götürdüyü öhdəlikləri hələ yerinə yetirməyib".
Gürcüstan Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə isə, Rusiyanın bu adımının çox kiçik bir irəliləyiş olduğu bildirib: "Rus orduları Perevini tərk edə bilərlər. Amma bu heç də hər şeyin həll ounması demək deyil. Bu 2008-ci ildə Rusiyanın boynuna götürdüyü məsuliyyətlərinin yanında çox kiçik bir adımdır".
Xatırladaq ki, Cənubi Osetiyanın sərhədlərinə daxil olmayan Perevi kəndində əsgərlərini yerləşdirən Rusiya, 14 oktyabrda keçirilən Cenevre görüşlərində qoşunlarını geri çəkəcəyini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB