"Suriya ordusu Türkiyənin dəstəklədiyi qrupların maraqlarına zərər verib." Axar.az xəbər verir ki, bunu Rusiya Strateji Araşdırmalar İnstitutunun üzvü Vladimir Fitin deyib.
Rusiya və İran səfirlərinin Türkiyə Xarici İşlər Nazirliyinə münasibət bildirən Fitin İdlibdə vəziyyətin ciddi olduğunu bildirib: "İdlibdəki vəziyyət ciddiliyini qoruyur. Bura Suriya ordusuna qarşı müqavimət göstərən müxalif qrupların ən sıx yerləşdiyi bölgədir. Bu ərazilərdə Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı qruplar var".
Qeyd edək ki, ötən gün Rusiya və İranın Türkiyədəki səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb. Əsəd rejiminin İdlibdə deeslakasiya zonasında atəşkəs rejimini pozması ilə bağlı səfirlərə xəbərdarlıq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB