İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə xəbərdarlıq edib

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə xəbərdarlıq edib

"İran ilə Qərb dövlətləri arasında əldə olunan razılaşmanın şərtləri ABŞ tərəfindən yerinə yetirilməsə, rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını dayandıracaq." Bu sözləri İranın Nüvə Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano ilə telefon söhbətində deyib.

Ə.Ə.Salehi bildirib ki, 2015-ci ilin yayında İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında əldə edilən razılaşma beynəlxalq xarakter daşıyır və BMT bu razılaşmanı təsdiq edib. Heç bir tərəfin birtərəfli qaydada razılaşmanı pozmaq haqqı yoxdur. Rəsmi Vaşinqton üzərinə düşən öhdəliyi yerinə yetirməsə İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa son qoyacaq. Bununla da İran beynəlxalq agentliyin mütəxəssislərini ölkədə monitorinq aparmağa imkan verməyəcək.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə