Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində azı altı nəfər həlak olub, 17 nəfər yaralanıb. Ölənlərdən dördünün, yaralananlardan isə yeddisinin polis olduğu bildirilir. Terrorçu-kamikadze özünü əyalətin parlamenti yaxınlığında dayanan polis maşınının yanında partladıb.
Artıq partlayışa görə məsuliyyəti Pakistanda qadağan olunan “Təhrik-e Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB