2017-ci ilin sonundan etibarən bir neçə gün ərzində İranın müxtəlif şəhərlərində baş vermiş etirazlar zamanı 3,7 min nəfər saxlanılıb. SİA-nın xəbərinə görə, bu barədə tehranlı deputat Mahmud Sadiqi məlumat verib.
"Bu şəxslərin müxtəlif hüquq-mühafizə orqanları və təhlükəsizlik orqanları tərəfindən tutulduğunu nəzərə alsaq, onların dəqiq sayını söyləmək mümkün deyil. Lakin ümumilikdə ölkədə saxlanılanların ümumi sayı təxminən 3,7 min nəfərdir"- deyə, deputat bildirib.
Bundan öncə, İran rəsmilərinin etiraz aksiyalarının əsas təşkilatçılarını saxladıqları, lakin digər saxlanılan şəxsləri azadlığa buraxdıqları deyilirdi. Ötən ilin dekabrın 28-dən başlayaraq İranın böyük - Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.
İran prezidenti Həsən Ruhani açıqlayıb ki, etirazlara ölkədəki daxili problemlər, eləcə də başqa ölkələrdən gələn təhdidlər səbəb olub.
Məlumatlara görə, son 3 gündə Tehranda etiraz aksiyaları ilə əlaqədar 450 nəfər saxlanılıb.
İran mətbuatının hüquq-mühafizə orqanların əməkdaşlarına istinadən verdiyi məlumata görə, ümumi olaraq etiraz aksiyaları zamanı biri polis məmuru olmaqla 20 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB