Əfqanıstanda xeyli terrorçu öldürülüb

Əfqanıstanda xeyli terrorçu öldürülüb

Əfqanıstanda hökumət qüvvələri ilə İŞİD terrorçuları arasında baş verən toqquşma zamanı 15 terrorçu öldürülüb, daha 20-si yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, atışma ötən gecə ölkənin şimalında Kunar vilayətinin Çavki rayonunda baş verib.

Terrorçular təhlükəsizlik postlarına hücum ediblər. Döyüşlər zamanı həmçinin 3 polis ölüb və 13-ü yaralanıb. Toqquşmanın davam etdiyi bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə