Cənubi koreyalı tədqiqatçılar Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın sağlamlığı ilə bağlı problemlərin olduğunu iddia edirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Chungcheon-Pukto Vilayət Universitetinin professoru Cho Don-Uku, Şimali Koreya liderinin Yeni il təbrikini təhlil edərək bildirib ki, Kim Çen Inın çıxışında səsinin tirəməsi, artıq səs-küy yaxın zamanda liderdə ürək, böyrək və ağciyər problemlərinin üzə çıxacağına işarədir.
Alim deyir ki, belə bir analiz diaqnoz qoymaq üçün əsas deyil, lakin onun nəticələri böyrəyin öz funksiyasını digər orqanlara nisbətən zəif yerinə yetirdiyini təsdiq etməyə imkan verir.
Təsdiq olunmayan məlumatlara görə, Kim Çen In şəkərli diabet və hipertoniya xəstəliyindən əziyyət çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB