İdlibdə dəhşətli partlayış: 30 ölü, 70 yaralı (TƏCİLİ)

İdlibdə dəhşətli partlayış: 30 ölü, 70 yaralı (TƏCİLİ)

Suriyanın İdlib şəhərində ard-arda baş verən 4 partlayış nəticəsində 30 nəfər həlak olub, 70-dən çoxu isə yaralanıb. Axar.az xəbər verir ki, partlayışlar avtomobil dayanacağında baş verib. Olay zamanı yaralananlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Partlayışın təsirindən ətrafdakı binalar da zərər görüb.

Səlahiyyətli şəxslər hadisənin bomba quraşdırılmış avtomobillə törədildiyini ehtimal edir.

Bütün xəbərlər Facebook səhifəmizdə