Səudiyyə Ərəbistanında hökumətin zadəganlara qarşı tədbirlərinə etirazını bildirmək üçün kral saraylarından birinə gələn 11 şahzadə həbs edilib. İnterfax informasiya agentliyi xəbər verir ki, şahzadələr saraydan çıxmaq barədə tələbi rədd etdikdən sonra Milli Qvardiyanın əməkdaşları tərəfindən saxlanılıb. Həbs olunanların adları açıqlanmır.
Associated Press agentliyinin məlumatına əsasən, şahzadələr hökumətdən kral ailəsinin elektrik və su üçün hesablarının ödənilməsinin bərpasını tələb ediblər. Onlar, həmçinin qohumlarının birinə verilən ölüm hökmünə görə hökumətin kompensasiya ödəməsini istəyiblər.
Şahzadələrin Ər-Riyaddan cənubda yerləşən və qanunsuz silahlı qruplaşma üzvlərinin saxlandığı Əl-Hair həbsxanasına aparıldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB