ABŞ-da neft quyularının sayı azalıb

ABŞ-da neft quyularının sayı azalıb

ABŞ-dakı aktiv neft quyularının sayı azalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 5 ədəd azalaraq 742 ədəd olub. Beləliklə də, ölkədəki aktiv neft quyularının sayı ardıcıl 2 həftə dəyişmədikdən sonra yenidən azalmağa başlayıb. Ötən ilin eyni dövründə isə ABŞ-da 529 neft quyusu fəaliyyətdə olub.

Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı isə dəyişməyərək 182 ədəd olub. Bu da o deməkdir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 5 ədəd azalaraq, ümumilikdə 924 ədəd təşkil edib. 2017-ci ildə ABŞ-da aktiv neft-qaz quyularının sayı ümumilikdə 259 ədəd artıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə