Bir gündə 15 nəfər öldürüldü

Bir gündə 15 nəfər öldürüldü

Meksikanın şimalında yerləşən Ciudad Juarez şəhərində bir gündə ən azı 15 nəfər öldürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilk növbədə 3 nəfər işlədiyi sexdə, daha sonra 4 nəfər öz evində öldürülüb. Daha 3 nəfər öz avtomobilində güllələnib. Eyni vaxtda şəhər küçələrinin birində bir yeniyetmə və orta yaşlı kişi öldürülüb, daha 3 qadın isə güllə ilə vurulub. Bu faciəli hadisələrdən sonra şəhərin hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyəti gücləndirilib.

Qeyd edək ki, bir neçə il bundan öncə, Ciudad Juarez şəhəri dünyanın ən kriminal bölgəsi hesab olunurdu. Belə ki, burada ildə 3 mindən artıq insan öldürülürdü. Yerli orqanlar vəziyyətin qismən düzəldilməsinə nail olublar. Belə ki, qəbul edilən tədbirlər nəticəsində ciddi cinayətlərin sayı xeyli azalıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə