15 qətl hadisəsi baş verib

Meksikanın Çiuaua ştatının Syudad-Huares şəhərində gün ərzində 15 qətl hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, qətl hadisələri ayrı-ayrı yerlədə baş verib. Əvvəlcə 3 nəfər öldürülüb, daha sonra 4 nəfər avtomobil sexində öldürülüb. 3 nəfər avtomobildə güllələnib. Eyni vaxtda 15 yaşlı gənc və bir nəfər küçədə öldürülüb. Daha sonra 3 qadın güllələnib.

Hadisələrdən sonra şəhərin təhlükəsizlik qüvvələri xüsusi hazıqlıq səviyyəsinə gətirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə