Maliyyə nazirliyi sanksiyalar tətbiq etdi

Maliyyə nazirliyi sanksiyalar tətbiq etdi

ABŞ maliyyə nazirliyi Venesuelanın 3 yüksək vəzifəli hakimiyyət nümayəndələrinə və bir sabiq məmuruna qarşı sanksiyalar tətbiq edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sanksiyalar sərhədlərdə təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə hökumət strukturunun rəhbəri İskuedro Torresə, Araquanın qubernatoru Mark Torresə, Milli Qvardiyanın strukturlarından birinin rəhbəri Zavaras Pabona və Bolivarın saviq qubernatoru Rangel Qomesə qarşı tətbiq edilib.

ABŞ maliyyə nazirliyi həmçinin dünya birliyini də bu sanksiyalara qoşulmağa çağırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə