Yəməndə 46 nəfər dünyasını dəyişib

Yəməndə 46 nəfər dünyasını dəyişib

Yəməndə son bir neçə ay ərzində difteriyadan 46 nəfər dünyasını dəyişib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Tarik Yazareviç deyib.

Onun sözlərinə görə, ÜST ölənlərin sayının artmasından narahatdır.

"Difteriya Yəməndə yüksək sürətlə yayılır. Son bir neçə ay ərzində ümumilikdə 471 difteriyaya yoluxma faktı qeydə alınıb" deyə, o bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə