İspaniyanın keçmiş kralı 80 illik yubileyini qeyd edir

İspaniyanın keçmiş kralı 80 illik yubileyini qeyd edir

İspaniyanın keçmiş kralı, hazırkı kral VI Felipenin atası I Xuan Karlos 80 illik yubileyini qeyd edir. AZƏRTAC xəbər verir ki, I Xuan Karlos müasir İspaniya tarixində əhəmiyyətli rol oynamış dövlət xadimidir. Franko diktaturasından sonra ölkədə demokratik islahatlara imkan yaratmış monarx, 2014-cü ildə oğlu VI Felipenin lehinə taxt-tacdan imtina edib.

Rəsmi xəbərə görə, Kralın ailə üzvləri və yaxınları yubiley münasibətilə yanvarın 5-də Sarsuela Kral Sarayında şam yeməyi süfrəsi ətrafında yığışacaqlar. Qeyd edək ki, İspaniya monarxları arasında hələ heç kim bu yaşa gəlib çatmamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə