Abdullah Gül namizədliyini irəli sürə bilər

Abdullah Gül namizədliyini irəli sürə bilər

Türkiyənin keçmiş prezidenti Abdullah Gül 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə bilər.

SİA-nın verdiyi məlumata görə, bu barədə Türkiyə mətbuatı Ədalət və İnkişaf Partiyasından Abdullah Gülə yaxın olan sabiq deputata istinadən yazır.

Xatırladaq ki, A.Gül 2007-2014-cü illərdə Türkiyə Prezidenti olub.

Qeyd edək ki, gələn il Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək. Parlament və prezident seçkilərinin eyni gündə keçiriləcəyi gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə