Çinin mərkəzi və şərq bölgəsinə yağan güclu qar 10 nəfərin ölümünə səbəb olub, SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, güclü qar yanvarın 2-dən başlayaraq Çinin daha çox Jiangxi, Henan, Hubei, Anhui və Jiangsu əyalətlərinə yağmağa başlayıb.
Statistikaya əsasən, Anhui əyalətində səkkiz nəfər, Jiangsu və Hubei əyalətlərində isə bir nəfər həlak olub. Beş vilayətdə 200 nəfərə yaxın insan təxliyə edilib, hələ 100 nəfərin köməyə ehtiyacı olduğu bildirilir. Bundan başqa, 200 tikili dağılıb, 400 tikiliyə isə ziyan dəyib. Əkin ərazilərinə ziyan dəyib. Hökumətin açıqladığı məlumata görə, iqtisadi ziyanın dəyəri 500 milyon yuandır.
Hava şəraiti dəmiryolu və nəqliyyatın hərəkətində pozuntulara səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB