Oktyabr ayının 22-də Yunanıstanın paytaxtı Afinada təşkil ediləcək Aralıq dənizi konfransı öncəsi Türkiyə-İsrail gərginliyi bir daha önə çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yunan televiziyası "Skai TV"yə açıqlama verən baş nazir Rəcəb Tayyıb Ərdoğan "əgər İsrailin baş naziri bu konfransa qatılsa, mən orada olmayacağam" deyib.
Türkiyənin baş naziri "silahlı müdaxilə ilə qürur duyan bir baş nazir ilə görüşə qatılmaram" söyləyərək bildirib ki, İsrail Orta Şərqdəki əhəmiyyətli bir dostunu itirməyə çox yaxındır. Ərdoğan bu ölkənin Türkiyə olduğunu qeyd edib. O, İsrail hökumətinin xarakteri olan bu təcavüzkar siyasətinin əvəzini ödəməli olduğunu da ifadə edib.
Türkiyə baş nazirinin narahatlığına baxmayaraq, bildirilir ki, Afinada təşkil ediləcək konfransda iştirakı təsdiqlənmiş ölkələr arasında İsrailin adı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB