Ağ evdə şəxsi mobil qurğulardan istifadə qadağan olunacaq

Ağ evdə şəxsi mobil qurğulardan istifadə qadağan olunacaq

"Gələn həftədən etibarən Ağ evin əməkdaşlarına və qonaqlarına şəxsi mobil qurğulardan istifadə qadağan olunacaq." Bunu Ağ evin rəsmi nümayəndəsi Sara Sanders bildirib.

“Ağ evin texnoloji sistemlərinin təhlükəsizliyi və bütövlüyü ABŞ Prezidenti Donald Tramp administrasiyasının əsas prioritetidir və bu səbəbdən gələn həftədən etibarən həm əməkdaşlar, həm də qonaqlar tərəfindən fərdi cihazlardan istifadə qadağan ediləcək”, - deyə Sanders qeyd edib. Onun sözlərinə görə, administrasiyanın əməkdaşları öz fəaliyyətlərini hökumət tərəfindən verilən mobil qurğular vasitəsi ilə həyata keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə