Məsciddə terror aktı törədilib

Məsciddə terror aktı törədilib

Nigeriyanın şimal-şərqində məsciddə terror aktı törədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Borno ştatının Qamboru şəhərində qeydə alınıb.

Partlayış nəticəsində 11 nəfər ölüb. Məlumata əsasən, məscidə daxil olan terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Hələ ki, hadisəyə görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə