Qasırğa Fransada iflic vəziyyət yaradıb

Qasırğa Fransada iflic vəziyyət yaradıb

Eleanor qasırğası Fransanın 51 departamentində həyatı iflic vəziyyətinə salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qasırğanın sürəti bəzi departamentlərdə saatda 200 kilometrə çatıb. Qasırğa keçdiyi ərazilərdə ciddi dağıntılara səbəb olub.

İlkin nəticələrə görə, bir nəfər həlak olub, 4-ü ağır olmaqla 15 nəfər yaralanıb. Üç yüz min ev elektriksiz qalıb. Gün ərzində 4300 təcili yardım çağırışı olub.

Avropanın bir çox ölkələri qasırğadan zərər çəkib, yaralanan və ölənlər var.

Fransada hava limanlarında təyyarələrin uçuşları və qatarların hərəkəti bərpa olunub. Qasırğa cənuba doğru irəliləyir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə