Sərnişin təyyarəsi radardan itdi axtarış aparılır

Sərnişin təyyarəsi radardan itdi axtarış aparılır

ABŞ-ın Wiley Post hava limanından ayrıldıqdan sonra Oklahoma şəhərindən Georgetownə gedən sərnişin təyyarəsi radardan itib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, axtarış əməliyyatlarına başlanılıb. Təyyarədə sərnişinlərin sayı müəyyənləşdirilir.

KİV-lərin yazdığı məlumata görə, təyyarə ötən gün axşam saatlarında radardan itib. Sahil Mühafizə xidmətinə ötürülən məlumatdan dərhal sonra axtarışlarla bağlı hazırlığa başlanılıb. Axtarışlar Meksika Körfəzində aparılacaq.

Sərnişin təyyarəsində neçə nəfərin olduğu dəqiqləşdirilməyib. Hazırda məlumatlar dəqiqləşdirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə