Nyu-Yorkda güclü qar nəticəsində bu gündən məktəblər bağlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin meri Bill de Blazio qərar verib. Bundan öncə, ABŞ-ın Milli Meteorologiya Xidmətinin açıqladığı məlumatda da bildirilirdi ki, yaxın günlərdə ABŞ-da güclü qar gözlənilir, avanın temparaturu aşağı düşəcək, ölkə ərazisində qar fırtınası gözlənilir. Sinoptiklərin proqnozuna görə, 2018-ci ildə ilk qar fırtınası Cümə axşamı Nyu-Yorka düşəcək.
Qar fırtınası nəticəsində şəhərin bələdiyyə xidmətləri 12 saatlıq iş rejiminə keçiblər. Küçələrə təxminən 700 ədəd anti-buz reaktivi və 1,5 min ədəd qar təmizləyici qurğu gətirilib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, dekabrın sonundan etibarən ABŞ-ın şimal-şərqində hava kəskin şəkildə soyuyub. Havanın temperaturu 8-10 dərəcə aşağı enib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB