ABŞ-ın keçmiş prezidenti Barak Obamanın keçmiş fotoqrafı Pit Souza öz İnstaqram səhifəsində nüvə çantasının şəklini paylaşıb.
Axar.az xəbər verir ki, Souza bu fotonu ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen İnə “mənim nüvə düyməm daha güclüdür” ifadəsindən sonra paylaşıb. Souzanın yayımladığı fotoda əks olunan düymənin üzərində “ağır qərarları vermək çətindir” ifadəsi yer alıb.
Qeyd edək ki, bundan öncə Kim Çen İn ABŞ-ı təhdid edərək, nüvə düyməsini hər zaman basmaq gücündə olduğunu bildirmişdi. Tramp isə cavabında ABŞ-ın nüvə düyməsinin daha çox və daha güclü olduğunu Tvitter səhifəsində yazmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB