İran həbs olunanları casus elan edib

İran həbs olunanları casus elan edib

İranda etiraz aksiyalarında həbs edilənlərin bir hissəsi casusluqda ittiham edilir. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Agentlik saxlanılanların çoxunun xalqı iğtişaşlara çağırmaqda, dövlət əmlakına ziyan vurmaqda ittiham edildiyini bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən start götürüb. Aksiyalar zamanı 27 nəfər qətlə yetirilib. Təkcə Tehranda 450 nəfər həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə