Filip Qordon: “ABŞ-Türkiyə əlaqələrinin pozulması türklərin ziyanına olar”
Amerika-Türk Şurasının 29-cu yığıncağı keçirilib. SIA-nın məlumatına görə, yığıncaqda ABŞ xarici işlər nazirinin müavini Filip Qordon da iştirak edib.
Qordon terror təşkilatı PKK ilə mübarizəyə ABŞ-ın da böyük dəstək olduğunu bildirib: "PKK-nı yalnız Türkiyəyə deyil, bizə qarşı da təhdid olaraq görürük. Buna görə də terrorçuluğa qarşı mübarizədə Türkiyəyə əlimizdən gələn qədər dəstək oluruq".
Türkiyə ilə fərqli düşüncələrdə olduqları mövzulara toxunan nazir müavini İranın nüvə problemi olduğunu vurğulayıb: "İranın nüvə silahı bazasını inkişaf etdirməsinə maneə törətmək lazımdır. Bu mövzuda Türkiyənin də bizə dəstək olacağına inanırıq".
Daha sonra Filip Qordon Türkiyə-İsrail əlaqələrində yaşanan gərginliklərə təəsüfləndiyini, əlaqələrin bölgəyə də mənfi təsir etdiyini vurğulayıb. Qordon onu da qeyd edib ki, Türkiyənin İranla yaxın münasibətlərdə olması ABŞ la münasibətlərində problem yarada bilər: "Türkiyənin ABŞ la zidd məqsədlər üçün çalışması hər mənada işimizi çətinləşdirər. İnsanlar Türkiyənin istiqamətini şərqə çevirməsinə inanarsa, buna görə biz problem yaşayarıq. ABŞ-da Türkiyənin İranla yaxın münasibətlərdə olması kimi düşüncələr formalaşır. Əgər cəmiyyət bunun doğruluğuna inanıb Türkiyə-İran münasibətlərinin inkişaf etdiyini düşünərsə bu ABŞ-Türkiyə əlaqələrinə ciddi təsir edər. Ortaq əlaqələrimizdə problem yaşanması isə Türkiyənin ziyanına olar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB