Sakit okeanda zəlzələ olub

Sakit okeanda, Fici adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, yeraltı təkanların episentri Ficinin paytaxtı Suvadan 753 kilometr cənubda, ocağı isə 580 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə