Britaniyada qatar biletlərinin qiyməti son 5 ilin ən yüksək həddinə çatıb. SİA-nın xəbırinə görə, Birləşmiş Krallıq daxilində qatar biletlərinin qiyməti ümumi olaraq 3.4 faiz artıb. Bu da son 5 ilin ən yüksək göstəricisi hesab edilir. Britaniyada qatar sadəcə şəhərlərarası nəqliyyat hesab edilmir. Yaşadığı əraziyə yaxın şəhərlərdə işləyən xeyli sayda insan var və bu da qatar nəqliyyatını gündəlik nəqliyyat növünə çevirib.
Mütəxəssislərin fikrincə bu qiymət artımı "Brexit" ilə əlaqədar baş verən inflyasiyanın nəticəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB