Türkiyənin müdafiə naziri: “Türkiyə regionda sülh və həlli uzadılmış münaqişələrin həllini görmək istəyir”

Türkiyənin müdafiə naziri: “Türkiyə regionda sülh və həlli uzadılmış münaqişələrin həllini görmək istəyir”

"ABŞ Konqresinin xarici əlaqələr komitəsi tərəfindən "erməni soyqırımı"na dair qətnamənin qəbul olunması ABŞ-Türkiyə münasibətlərində gərginlik yaradıb". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri Türkiyənin müdafiə naziri Vəcdi Könül Türkiyə-Amerikan Biznes Şurası və Türkiyənin Amerikalı Dostları təşkilatı tərəfindən Vaşinqtonda təşkil olunan ABŞ-Türkiyə münasibətləri ilə bağlı 29-cu illik konfransda söyləyib. Onun sözlərinə görə, bütün baş verən hadisələrə baxmayaraq rəsmi Ankara hesab edir ki, rəsmi Vaşinqton iki ökə arasında mövcud olan münasibətlərə mənfilik gətirən və arzuolunmaz hadisələrin qarşısını almağa müvəffəq olacaq: "ABŞ və Türkiyə hələ də müttəfiqdir".

 

ABŞ-Türkiyə münasibətləri ilə bağlı 29-cu illik konfransda müzakirələr zamanı həmçinin Dağlıq Qarabağ münaqişəsinədə toxunulub. Tərəflər regionda sülhə, təhlükəsizliyə və sabitliyə tərəfdar olduqlarını, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarına yardım etməyə hazır olduqlarını bildiriblər. Türkiyənin müdafiə naziri rəsmi Ankaranın regionda sülh və həlli uzadılmış münaqişələrin həllini görmək istədiyini bildirib.

 

Qeyd edək ki, üç gün davam edəcək konfransda əsas müzakirə obyekti iki NATO müttəfiqləri arasındakı əlaqələrin daha da dərinləşməsinə yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə