Yunanıstanın şimalında, Makedoniya ilə sərhəddə 3,6 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 04:09-da qeydə alınan yeraltı təkanların episentri Drosaton yaşayış məntəqəsindən 7 km şimal-şərqdə, Makedoniyanın paytaxtı Skopyedən 145 km cənub-şərqdə yerləşib.
Bundan əvvəl yanvarın 2-ə keçən gecə eyni ərazidə 4,1, 3,5 və 3,0 bal gücündə üç zəlzələ qeydə alınıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB