BMT-dən həyəcan təbili: "Konfliktlər qızışır, millətçilik güclənir”

BMT-dən həyəcan təbili: "Konfliktlər qızışır, millətçilik güclənir”

"Dünya liderləri 2018-ci ildə qlobal təhdidləri ortadan qaldırmaq üçün səylərini birləşdirməlidirlər." Bu fikirləri yeni ilə bağlı yaydığı müraciətdə BMT Baş katibi Antonio Quterreş söyləyib.

“Mənim 2017-ci ildə sülhün gələcəyi ilə bağlı ümidlərim özünü doğrultmadı. Təəssüf ki, dünya bəzi məsələlərdə tam əks istiqamətdə hərəkətə üstünlük verdi. Konfliktlər dərinləşib, yeni təhdidlər yaranıb. Nüvə silahı ilə bağlı narahatlıq soyuq müharibə dövründən sonra ən yüksək səviyyəyə çatıb. İqlim dəyişiklikləri bizim reaksiyamızdan daha sürətli baş verir. Dünyada balans pozuntusu artır, biz insan haqlarınızn dəhşətli pozuntularının şahidi oluruq. Millətçilik və ksenofobiya yüksəlişə doğru addımlayır. Mən dünyanı bərabərliyə çağırıram” – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə