Məşhur hind aktyoru Racnikant öz partiyasını quracaq. Kult.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 67 yaşlı aktyorun özü söyləyib.
O, Hindistanda keçiriləcək növbəti seçkidə öz partiyası ilə iştirak edəcəyini bildirib. Racnikat ilk hədəfinin Tamil Nadu əyalətinin yerli məclisinə keçiriləcək seçkidə iştirak etmək olduğunu deyib.
Qeyd edək ki, Racnikat Hindistanın ən məşhur aktyorlarından sayılır. 150 filmə çəkilən aktyor hazırda Asiyada Çeki Çandan sonra ən çox gəlir əldə edən aktyordur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB