İndoneziyanın paytaxtı Cakartada 400-dən çox cütlük Yeni ili kütləvi nikah mərasimində iştirak edərək qarşılayıb. Yeni evlənənlər şəhərin mərkəzində qurulmuş çadırın altına toplaşıblar. Onlar burada and içərək, evlilik barədə şəhadətnamələri imzalayıblar.
Yerli hakimiyyət orqanları bu tədbiri toy etmək üçün maliyyə imkanları olmayan cütlüklər üçün təşkil edib.
İndoneziyada toy mərasimləri bəy ilə gəlinin dinin inanclarına uyğun olaraq təşkil edilir. Yalnız bundan sonra həmin nikahlar rəsmi olaraq təsdiq olunur.
Kütləvi nikah mərasimində Cakartanın meri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB